AZ

"Fitch" Azərbaycanın xarici borcu ilə bağlı vəziyyətin yaxşılaşdığını bildirib

Bakı. Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xariciborcu ilə bağlı vəziyyətin yaxşılaşdığını bildirib.

Trend bubarədə "Fitch Ratings"in məlumatlarına istinadən xəbər verir.

"Xarici borc son illərdə mütləq ifadədə azalıb, valyutastrukturu yaxşılaşıb. Xarici borcun təqribən üçdə ikisi rəsmikreditorların payına düşür", - məlumatda deyilir.

"Fitch"in məlumatlarına görə, xarici borcu formalaşdıran dövlətzəmanətləri və təkrar kreditləşdirmə 2022-ci ildəki 6,4 milyard ABŞdollarından 2023-cü ildə (ÜDM-in 8,2 faizii) 6 milyard ABŞdollarına düşüb, üstəlik məbləğin böyük hissəsi qazanclı olan vəadətən dövlət dəstəyi tələb etməyən "Cənub Qaz Dəhlizi" iləəlaqəlidir.

Bütünlükdə reytinq agentliyi Azərbaycanın dövlət borcu (xaricivə daxili) 2026-cı ildək ÜDM-in 22,7 faizinə qədər artacaq ki, buda "Fitch"in investisiya səviyyəsinin suveren emitentləri arasındaən aşağı göstəricilərdən biridir.

Artıma hökumətin təminat verdiyi daxili dövlət borcu (ölkədaxilində qiymətli kağızlar üzrə emitentlər) da təsirgöstərəcək.

Qeyd edək ki, 2023-cü ildə ümumi dövlət borcu ÜDM-in 21,8faizini təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Seçilən
77
7
az.trend.az

5Mənbələr