AZ

İtaliya millisinin forvardı "Tottenhem"ə keçməyə yaxındır

"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza karyerasını "Tottenhem"də davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın “Calcionapoli24”ə istinadən məlumatına görə, London klubunun 26 yaşlı italyan futbolçu ilə müqavilə bağlamaq üçün əsas namizəd hesab olunur.

 “Tottenhem”dən başqa “Roma” da Kyezanı da almaq üçün mübarizə aparır.

"Yuventus" forvardını 30-35 milyon avroya satmağa hazırdır. Kyeza 2020-ci ildən Turin komandasında çıxış edir.

Xatırladaq ki, ötən mövsüm Federiko Kyeza İtaliya çempionatında “Qoca Sinyora”nın heyətində 33 oyun keçirib, bu oyunda 9 qol vurub və iki məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
90deqiqe.az

1Mənbələr