AZ

Paulo Fonseka “Milan”ın necə oynayacağını açıqladı

“Milan”ın baş məşqçisi Paulo Fonseka rəhbərliyi altında “rossoneri”nin hansı futbol nümayiş etdirəcəyindən söhbət açıb.

Arena.az “Calciomercatoweb” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən sizə yüz faiz zəmanət verə bilərəm ki, siz, oyunlarda üstünlük təşkil edən, topu tez bir surətdə özünə geri qaytaran və azarkeşləri özü ilə fəxr etməyə sövq edən “Milan”, hücum edən bir komanda görəcəksiniz.

Ötən mövsümdən fərqli olan bir müdafiədə oynayacağıq. Müqayisə etmək istəmirəm, amma bu, tamamilə fərqli olacaq. Əgər qalib gəlmək istəyiriksə, bu xüsuslarda inkişaf etməliyik”, deyə Fonseka vurğulayıb.

Xatırladaq ki, “Milan” portuqal mütəxəssislə cari ilin iyununda 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Fonsekanın son iş yeri “Lill” olub. Portuqal mütəxəssis “itlər”in başına 2022-ci ilin iyul ayında keçib və 2024-cü ilin iyun ayının əvvəlində fransız klubundan ayrılıb. Fonseka “Lill”i ümumilikdə 90 oyuna çıxarıb, 45 qələbə, 26 heç-heçə, 19 məğlubiyyət yaşayıb. Top fərqi isə 162:98 nisbətindədir.

“Lill” Fonsekanın rəhbərliyi altında geridə qalmış 2023/2024-cü illər mövsümündə Fransa Liqa 1-i 59 xalla yarış cədvəlinin 4-cü pilləsində başa vurub. Sözügedən komanda növbəti mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində iştirak hüququ qazanıb.

Məşqçilik fəaliyyəti ərzində Paulo Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” komandalarını çalışdırıb.

Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir. “Milan” Fonsekanın qarşısında komandanın iddialarını həyata keçirmək kimi sadə, amma çətin vəzifə qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
arena.az

1Mənbələr