AZ

Deputatlığa namizədə küçənin ortasında hücum edildi

Almaniyanın Xristian Demokratik Birlik (CDU) Partiyasından millət vəkilliyinə namizəd olan Kamerun əsilli Adeline Abimnvi Avemonun irqçi hücum nəticəsində yaralandığı açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Brandenburq əyalətinin rəhbəri Jan Redman özünün "X" media hesabında yazıb.

Avemonun iyulun 25-i axşam Kottbusda seçki plakatlarını asarkən  küçənin ortasında bir qadının irqçi ifadələri və hücumlarına məruz qaldığını bildirib.

İrqçi hücuma reaksiya verən Redman, "Namizədimiz dünən Kottbusda əyalət seçkiləri üçün poster asarkən birbaşa olaraq irqçiliyə və fiziki hücuma məruz qaldı. Bu hücum cəmiyyətimizin bəzi təbəqələrində yaşanan vəhşiliyin daha bir sarsıdıcı sübutudur. Biz Abimnvinin yanındayıq” deyib.

Redman qeyd edib ki, Almaniyada siyasi aktiv insanlar üçün artan risk dözülməzdir.

Alman mətbuatında yer alan xəbərdə irqçi hücumçunun Avemoya "Sən insan deyilsən" deyə qışqırdığı bildirilib.

Kamerun əsilli Adeline Abimnvi Avemo siyasətə insanlarla işləmək və hər şeyi birlikdə dəyişmək üçün girdiyini ifadə edərək, "Mən bir Kottbusyanam və buradakı insanlara sadiq bir Kottbusyan olaraq qalacağam" deyib.

Polisin hadisə ilə bağlı genişmiqyaslı araşdırma başlatdığı açıqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
cebheinfo.az

1Mənbələr