AZ

“Sabah”ın futbolçusu: “Makkabi”yə daha böyük hesabla qalib gələ bilərdik

“Sabah”ın

Bakı, 27 iyul, AZƏRTAC

“Makkabi”nin gücünə bələd idik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandasına 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Almaniyalı hücuma meyilli yarımmüdafiəçi səfərdə qazanılan qələbənin çox vacib olduğunu bildirib: “Bu rəqibi ciddi qəbul edirdik. Hayfa təmsilçisi beynəlxalq arenada böyük təcrübəyə malik komandadır. Qarşılaşmaya gəlincə, ilk hissə bərabər səviyyədə keçdi. Hətta bəzi epizodlarda real qol şansı da qazandıq. Fasilədən sonra isə üstün tərəf biz idik. Bunun da nəticəsində 3:0 hesabı ilə qalib gəldik”.

Otuz bir yaşlı futbolçu bu qələbənin özlərini arxayınlaşdırmayacağını söyləyib: “Bu, yalnız birinci oyun idi. Bizi onlara qarşı evdə daha bir vacib matç gözləyir. İlk görüşdəki oyun planımıza sadiq qalsaq, eyni oyunu sərgiləsək, rəqib üçün Masazırda da çətin olacaq. İnanıram ki, cavab oyununa çox sayda azarkeş gələcək və onların da dəstəyi ilə sərfəli nəticə qazanacağıq. Bunun üçün var qüvvəmizlə çalışmalıyıq”.

Qeyd edək ki, avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq “Sabah” – “Makkabi” görüşü saat 20:00-da başlayacaq.

Seçilən
93
1
azertag.az

2Mənbələr