AZ

"Traktor" Mahir Emreli üçün hərəkətə keçdi

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli daha bir təklif alıb.

Sportal.az xəbər verir ki, Zaqreb "Dinamo"sunun futbolçusu İrandan təklif alıb. Bu barədə İran mediası məlumat yayıb.

"Traktor" 27 yaşlı forvardı heyətinə qatmaq istəyir. Təbriz təmsilçisi yığmamızın üzvü ilə danışıqlar aparıb.

Almaniya II Bundesliqasında mübarizə aparan "Nürnberq" də Mahiri transfer etmək istəyir.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. Təcrübəli hücumçunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
sportal.az

2Mənbələr