AZ

Tahir Süleymanov: “Gecikmiş təyinatın fəsadları çempionat oyunlarında özünü göstərəcək”

Hakimlik futbolun ən önəmli və çətin sahələrindən, qollarından biridir. Premyer Liqanın startına sayılı günlər qalıb və gecikmiş təyinatın fəsadları çempionat oyunlarında özünü birmənalı olaraq göstərəcək". Bu sözləri Sport24.az-a açıqlamasında FİFA referisi Tahir Süleymanov deyib.
 
Süleymanovun fikrincə, Hakimlər Komitəsininin sədri vəzifəsinə Frank de Blekerin gətirilməsi heç də müsbət dəyişikliyə gətirməyəcək: "Ötən mövsümdə idarəçilik problemləri ilə bağlı klubların, futbol ictimaiyyətinin haqlı narazılıqları fonunda, hakimlər strukturunda dəyişiklər qaçılmaz idi.Düşünməyə, zamanında qərar verməyə yetərincə vaxt var idi. Bu müddətdə AFFA rəhbərliyini təmsil edən yüksək çinli məmurlarla qarşılıqlı fikir mübadilələrimiz olub. Detallara varmadan, birmənalı olaraq üstünlüyün yerli mütəxəssislərə verilməsinin tərəfdarı olmuşam və əsaslandıraraq bunun izahı, təhlili verilib. Son 6 ildə yaradılan şəraitə, VAR sisteminin tətbiqinə baxmayaraq, Azərbaycan futbolu və hakimliyi adına əcnəbi Hakimlər Komitəsi rəhbərlərindən heç bir ciddi fayda olmayıb. Bunu nəzərə alaraq, məntiqlə, ən azı bir mövsüm yerlilərə şans verilməli, bacarnayacaqları təqdirdə, məcburiyyət qarşısında qalıb xarici mütəxəssislərin üzərinə qayıdıla bilərdilər. İndiki qərarla, AFFA rəhbərliyi, gecikmiş halda özünü istər maliyyə, psixoloji, istərsə faktiki olaraq yenidən əcnəbi sevgisi ilə "yükləmiş" oldu".
 
Təcrübəli funksioner belçikalı ilə 3 illik müqavilə bağlanmasını da yanlış addım hesab edir: "İcraiyyə Komitəsində "müzakirələr" altında nələrin gizləndiyi yəqin ki, nə vaxtsa üzə çıxar. Digər tərəfdən, belçikalı Frank de Blekerlə 3 illik müqavilə həddindən artıq çoxdur və Azərbaycan futbolunu bilmədən böyük riskdir. Belçikalı mütəxəssisin "sığorta"sı artıq hazırdır, "təyinat gec baş verib, mənə vaxt lazımdır". Premyer Liqa gedişində isə heç bir klub, tərəfdar "vaxt" bəhanəsini qəbul etməyəcək. Bunula da bütün məsuliyyət, bu təyinatı gerçəkləşdirən federasiya rəsmilərinin üzərində olacaq. Belçikalıya gəldikdə isə, necə çalışacaq, Hakimlər Komitəsini necə formalaşdıracaq, klublar, futbol ictimaiyyəti ilə ünsiyyəti hansı səviyyədə olacaq, zaman göstərəcək. İndidən demək olar, Frank de Bleker heç nə itirməyəcək. Yeni devizə uyğun, inanaq ki, "yaxşı olacaq", "niyə də yox?!"ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sport24.az

1Mənbələr