Bakı. Trend:
Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ayərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regionalqrupundan Trend-ə verilənməlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisininkultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb.Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluqedərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.
Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlarnəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Butədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitəninqanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.