AZ

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən"Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi üzrə "Bəbirləri mühafizəedək!" adlı növbəti ekoloji yay düşərgəsi Lənkəran rayonundakeçirilib.

Trend xəbər verir ki, IDEAİctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu,Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyivə Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzitərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsindəkeçirilən düşərgəyə Lənkəran, Masallı və Astara rayonlarındanümumilikdə 30 məktəbli qoşulub.

"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin məqsədi məktəbyaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi,onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişafetdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığındayaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması vəonun mühafizəsi işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətrafmühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitəekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirakediblər.

Qeyd edək ki, hazırda Azərbaycanda Hirkan ərazisində 15 fərdQafqaz bəbiri yaşayır.

Məqalədə:
Seçilən
7
19
az.trend.az

10Mənbələr