AZ

Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək

Bakı, 27 iyul, AZƏRTAC

Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi 30-cu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, festivalın saytında yer alan məlumata görə, Bosniya və Herseqovinanın paytaxtında təşkil olunan ənənəvi festival bu il avqustun 16–dan 23-dək keçiriləcək.

Festivalda bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə müsabiqə proqramında ümumilikdə 54 film yarışacaq.

Xatırladaq ki, “Sanki yoxsan” filmi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində nümayiş olunmuşdu.

Filmin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəlirlər. Ertəsi gün Samir yoxa çıxır...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
azertag.az

1Mənbələr