AZ

Meşədə çətənə yetişdirən şəxs saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
50
oxu.az

10Mənbələr