AZ

Qəzəbə tuş gətirən FOTO

"İnter Mayami"nin hücumçuları Lionel Messi və Luis Suares MLS-in ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) Ulduzlar Oyununu buraxacaqlar.

Sportinfo.az Marca.com-a istinadla xəbər verir ki, forvard 2024-cü ildə Amerika Kubokunun finalında Kolumbiya ilə matçda (1:0) aldığı zədə səbəbindən sözügedən görüşdə iştirak edə bilməyəcəyini deyib.

"İnter Mayami"nin digər hücumçusu Luis Suares də zədəli olduğunu bildirərək görüşdə iştirak etməkdən imtina edib.

Ulduz futbolçuların "Instagram" hesablarından tətil şəkilləri paylaşmaları isə azarkeşlərin qəzəblənməsinə səbəb olub. Fanatlar Messi və Suaresin tətil səbəbindən görüşə çıxmaq istəmədiklərini bildiriblər.

MLS Ulduzlar Oyunu iyulun 25-də Kolumbusda (ABŞ) keçiriləcək. Oyunda ən yaxşı MLS futbolçularından ibarət komanda və ən yaxşı Meksika Liqa MX oyunçularından ibarət komanda çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sportinfo.az

1Mənbələr