AZ

Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL

Meyvə salatları eyni vaxtda çox miqdarda vitamin istehlak etməkdə faydalıdır. Bu salatın üstünlüyü həm də şirniyyatlardan imtina etməyə kömək edir.

"News24" Lent.az-a istinadən meyvə salatının hazırlanma qaydasını təqdim edir:

Ləvazimatlar

Pendiri uzun müddət saxlamağın asan yollarından biri

Qış üçün ləzzətli xiyar turşusunu belə hazırlayın - Bolqar üsulu

Darı sıyığını necə bişirmək olar? - Lent.az mətbəxindən

 - təxminən 400 qram portağal;

 - bir neçə armud;

 - 2 şaftalı;

 - yarım kilo yemiş;

-  3 ədəd kivi

 - 2 xörək qaşığı ağcaqayın siropu (və ya maye bal);

 - bir stəkan təbii qatıq.

Hazırlanma qaydası

Yemişi qabığından ayırıb doğrayın. Şaftalıları dilimləyin. Armudun qabığını və toxumlarını çıxarın və kub şəklində doğrayın. Həmçinin kivini də kub şəklində doğrayın.

Tərkibləri bir qaba qoyun, ağcaqayın şərbətini və qatıq əlavə edin. Budur, dadlı meyvə salatınız hazırdır.

Meyvələr nə qədər şirin və şirəli olarsa, salat üçün bir o qədər yaxşıdır. Unutmayın ki, salatın son keyfiyyəti birbaşa istifadə etdiyiniz məhsullardan asılıdır. 

Nuş olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
news24.az

10Mənbələr