AZ

Azərbaycan nefti ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.

News24.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,24 dollar azalaraq 81,13 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar azalaraq 77,16 dollar təşkil edib.

Dünya bazarında Azərbaycan nefti də ucuzlaşıb.

Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,51 dollar və ya 1,77 faiz azalaraq 83,83 dollar olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
49
news24.az

10Mənbələr