AZ

İrəvan Türkiyədə "3+3" formatında XİN rəhbərlərinin görüşündə iştirak edəcək?

İrəvan Türkiyədə "3+3" formatında XİN rəhbərlərinin görüşündə iştirakla bağlı hələ ki, qərar verməyib.

Day.Az xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu yaxınlarda İranın Ermənistrandakı səfiri Mehdi Sübhani bildirib ki, "3+3" formatında növbəti görüş yaxın gələcəkdə Türkiyədə keçiriləcək.

"Ermənistanın "3+3" regional platformasının üçüncü görüşündə mümkün iştirakı ilə bağlı konkret razılaşma olacağı təqdirdə ictimaiyyət bu barədə məlumatlandırılacaq", - məlumatda deyilir.

Seçilən
24
4
day.az

4Mənbələr