AZ

Dünya səyyahları Xudafərin körpüsü ilə yaxından tanış olublar YENİLƏNİB

Dünya

Cəbrayıl, 27 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar səfərin üçüncü günündə Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə, Xudafərin körpüsündə olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Araz çayı üzərində yerləşən Xudafərin körpüsü ilə yaxından tanış olublar. Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında səyyahlara məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi isifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda da həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olublar. 25-27 iyul da bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Çarlz Vili rəhbərlik edir.

08.44

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaq, ərazilərdə aşkarlanan mina və partlamamış sursatların zərərsizləşdirilməsi prosesini izləyəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
9
azertag.az

10Mənbələr