AZ

Slavik dəvət almayıb – onun üçün oynayacağı liqanın fərqi yoxdur

Ötən mövsüm bitən kimi “Turan Tovuz” ilə yollarını ayıran Slavik Alxasov hələ də işsizdir. 31 yaşlı cinah oyunçusuna dəvət yoxdur.

Müdafiəçi futbolinfo.az saytına açıqlamasında hələ ki, rəsmi təklifi olmadığını bildirib: “Hazırda sərbəstəm. Bir aydan çoxdur özüm gündəlik olaraq məşqlərimi edirəm. Hələlik tam rəsmi təklif olmadığı üçün harada çıxış edəcəyimi özüm də bilmirəm. Həyatdır, hər şey ola bilər. Hansı liqada oynamağımın fərqi yoxdur. Amma əsas məqsədim elitada klub tapmaqdır”.

Qeyd edək ki, Alxasov ötən ilin yayından Tovuz təmsilçisində çıxış edirdi. O, ötən mövsüm cəmi 7 matçda forma geyinib.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
futbolinfo.az

1Mənbələr