AZ

UEFA-dan azərbaycanlıya yeni təyinat gəldi

Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinatını alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Komandalar arasında ilk oyun "Drita"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
sportinfo.az

1Mənbələr