AZ

"Fitch Ratings" Azərbaycanın reytinqini "BBB-" səviyyəsinədək yüksəldib

Bakı. Trend:

"Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyutaemitentinin defolt reytinqini "BB+" səviyyəsindən "BBB-"səviyyəsinə yüksəldib, proqnoz sabitdir.

Trend bubarədə "Fitch Ratings"in məlumatlarına istinadən xəbər verir.

"Fitch"in proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın xaricivalyutada suveren aktivləri 74 milyard dollara çatacaq(proqnozlaşdırılan ÜDM-in 98 faizi) ki, bu da 2010-cu ilingöstəricisindən əhəmiyyətli dərəcədə (55 faiz) yüksəkdir.

"2024-cü ildə Azərbaycanın ÜDM-in 71 faizi (2010-cu ildə ÜDM-in50 faizi) səviyyəsində proqnozlaşdırılan xalis suveren aktivlərüzrə mövqeyi "BBB" və "A" kateqoriyalı ölkələr arasında ən yüksəkolaraq qalacaq. Azərbaycanın cari əməliyyatlar hesabının profisiti2024-cü ildə ÜDM-in proqnozlaşdırılan 9,3 faizindən 2026-cı ildə6,4 faizədək azalacaq, lakin neft qiymətlərinin ucuzlaşmasınabaxmayaraq, "BBB" kateqoriyasında ən yüksək olaraq qalacaq ki, buda aktivlərin daha orta da olsa toplanmasının davamına imkanyaradacaq", - "Fitch Ratings"in hesabatında deyilir.

"Fitch"in qiymətləndirmələrinə görə, Azərbaycanın xaricikreditor mövqeyi 2024-cü ildə ÜDM-in 154 faizinədək möhkəmlənəcəkki, bu da "ВВВ" kateqoriyasında ən yüksək göstəricidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
az.trend.az

1Mənbələr