AZ

Abşeronda 1 yaşlı körpə hovuzda boğuldu

Abşeronda bir yaşlı körpə hovuza düşərək boğulub.   Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb. 2023-cü il təvəllüdlü Alpay Murad oğlu Rəcəbov yaşadığı evin həyətində hovuza yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
27
manset.az

10Mənbələr