AZ

Aİ Rusiyanın “tələsinə” düşmə riskini açıqladı

Avropa Parlamentinin (AP) Hollandiyadan olan üzvü Tom Berendsen Rusiyadan qaz tədarükündən asılı olmaq və bununla da Rusiyanın “tələsinə” düşmək riskindən danışıb. Avropa Parlamentinin deputatı Avropa Komissiyasına (AK) müraciəti çərçivəsində müvafiq məsələ qaldırıb .

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

“2024-cü ilin may ayında Aİ-yə üzv ölkələr 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 30 faiz çox Rusiya qazı idxal ediblər. Bu, Rusiyaya qarşı sanksiyalara və Avropa Komissiyasının qaz tədarükünü diversifikasiya etmək və Rusiya qazından müstəqil olmaq planlarına baxmayaraq. Bundan əlavə, Rusiya digər tədarükçüləri bazardan çıxarmaq üçün aşağı qaz qiymətlərindən istifadə edir. Beləliklə, üzv dövlətlər artıq yeni qaz tədarükçülərini cəlb edə biləcək ilk layihələrdən imtina edirlər. Bu cür qərarlar qısa müddətdə Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazından müstəqil olmaq məqsədinə nail olmağı qeyri-mümkün edir”, – deyə Berendsen çıxışında bildirib.

AP üzvü Brüsselin Moskvanın tədarükündən asılı olması ehtimalına istinad edərək, uzunmüddətli perspektivdə Avropa İttifaqının “2022-ci ildən əvvəlki tələyə yenidən düşmə riski” olduğunu izah edir .

Bununla bağlı müraciət müəllifi Avropa Komissiyasına bir sıra suallar verir. “Rusiyadan artan qaz idxalını Rusiya qazından asılılığı azaltmaq planları və ambisiyaları ilə necə uzlaşdırmaq olar? Avropa Komissiyasının Avropa İttifaqında ucuz rus qazı ilə rəqabət nəticəsində pozulduğu üçün tərk edilmiş və ya tərk edilmək təhlükəsi ilə üzləşən layihələri nəzərdən keçirirmi? Artan idxalı azaltmaq və bu cür idxaldan asılılığımızı azaldacaq qaz layihələrini həyata keçirmək üçün Avropa Komissiyası hansı əlavə tədbirlər görəcək?” – o soruşur.

Seçilən
128
50
nocomment.az

10Mənbələr