AZ

Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL

Füzuli. Trend:

Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasınıninkişafında yeni dövrü əks etdirir.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL)mətbuat xidmətinin rəhbəri Fərid Hüseynov Qarabağa mətbuat turuçərçivəsində jurnalistlərə deyib.

"İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” BakıdanFüzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb. Bu, iftixarhissi doğuran böyük hadisədir, çünki milli aviadaşıyıcı tarixindəilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar yerinə yetirir. Füzuliyəuçuşların həyata keçirilməsi ölkəmizin mülki aviasiyasınıninkişafında yeni mərhələdir", - o deyib.

Onun sözlərinə görə, reyslər vətəndaşlarımıza Qarabağın incisiolan Şuşaya, Laçına və digər ərazilərə daha sürətli və rahatşəkildə səfər etməyə imkan yaradacaq.

"Füzuliyə müntəzəm uçuşlar “Böyük Qayıdış” dövlət proqramınınhəyata keçirilməsinə töhfə verməklə yanaşı, regionun turizm vəiqtisadiyyatının inkişafı üçün yeni perspektivlər açacaq.Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqlabazar ertəsi və cümə günləri həyata keçirilir. Uçuş müddəti 50dəqiqə təşkil edir", - deyə o əlavə edib.

Xüsusən qeyd etmək lazımdır ki, Aviabilet əldə etmək üçünyolumuzqarabaga.az portalına daxil olub icazə prosesini keçmək vəxüsusi kod əldə etmək lazımdır. Bu kod AZAL-ın rəsmi saytı və yatətbiqindən bilet alarkən təsdiq üçün tələb olunur. Nəzərəalınmalıdır ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görəaviabiletləri yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə və yalnızAzərbaycan vətəndaşları əldə edə bilərlər.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininkollegiyasının qərarına əsasən, Bakı-Füzuli/Füzuli-Bakıistiqamətində aviabiletlərin qiyməti bir tərəfə 78 manat təşkiledir. Bu qiymətə 10 kq əl yükü və 23 kq baqaj daxildir.

2 yaşdan 12 yaşa qədər uşaqlar üçün gediş haqqına 25%, 2 yaşaqədər körpələr üçün isə 90% endirim nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
6
az.trend.az

10Mənbələr