AZ

Xarici səyyahlarının Xudafərin körpüsünə səfəri başlayıb

Cəbrayıl. Trend:

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ninMTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin(Charles Veley) rəhbərlik etdiyi səyyahların Azərbaycanın işğaldanazad olunan ərazilərinə səfəri davam edir.

Trend-in Qarabağ bürosu xəbərverir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azadolunan ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonuərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaq, ərazilərdəaşkarlanan mina və partlamamış sursatların zərərsizləşdirilməsiprosesini izləyəcəklər.

Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çoxbeynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçininMTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı iləQarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-ninsəfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veleyrəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biriolan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir.Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır.Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub,onlardan 3-də MTP heyətlərinə başçılıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
16
az.trend.az

10Mənbələr