AZ

İlk addımları “Qarabağ”da atdı, özünü II Liqanın imkanlı klubunda tapdı - RƏSMİ

"Şahdağ Qusar" növbəti mövsüm üçün heyətini komplektləşdirməyə davam edir.

Sportinfo.az xəbər verir ki, II Liqa təmsilçisi son olaraq "İmişli"nin formasını geyinmiş Ruslan Hacıyevi heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Ruslan Hacıyev "Qarabağ"ın yetirməsidir. O, Ağdam klubu ilə yanaşı, uzun müddət "Səbail"in formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sportinfo.az

1Mənbələr