AZ

Narendra Modi Ukraynaya gəlir: Portfelində təkliflər var

Hindistan baş naziri Narendra Modi bu ilin avqustunda Ukraynaya səfəri zamanı Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təklif edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS Hindistan parlamentindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, həm Moskva, həm də Kiyev Nyu Dehli ilə münasibətlərə etibar edir.

“Hindistan Ukrayna böhranının həllində vasitəçilik təklif edə bilər. Belə bir təklif Modinin Ukraynaya səfəri zamanı verilə bilər, onun mümkünlüyü hazırda müzakirə olunur”.

Hindistan dəfələrlə hər iki tərəfə münaqişənin həllinə kömək etməyə hazır olduğunu bəyan edib. Hindistan hakimiyyəti hesab edir ki, vəziyyətin həllinə yalnız diplomatik danışıqlar kömək edə bilər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
teleqraf.com

1Mənbələr