AZ

Nəvai Metinin yeni kitabının TƏQDİMATI OLACAQ

Bu günlərdə Uluslararası Aktivist Sənətçilər Birliyinin təşəbbüsü, Aktivist Rəssamlar Assosiasiyasının təşkilatçılığı ilə  Dünyanı Sənət Xilas Edəcək layihəsi çərçivəsində yeniyetmələrin əl işlərindən ibarət "İstedad Sorağında" adlı kitab kataloq çap olunub. Kitabın məsləhətçiləri Türkiyədən şair-heykəltəraş - Ümit Yaşar İşıkhan və Əməkdar İncəsənət Xadimi- Ziyadxan Əliyevdir. Nəvai Metinin müəllifi olduğu kitab-kataloqda Ölkəmizdən istedadlı yeniyetmələrin rəsm işləri nümayiş olunur. Kitab-kataloqun əsas məqsədi istedadlı uşaqları üzə çıxartmaq, gələcəkdə onların inkişafında mədəniyyətin rolunu göstərməkdir. 

31 İyul 2024-cü il tarixində saat 18:00-da "SEDET-ART" rəsm studiyasında kitabın təqdimat mərasimi keçiriləcəkdir. Təqdimatda həm də kataloqa qatılan yeniyetmələrin rəsm əsərlərindən ibarət sərgi də təşkil olunacaq. Sərgi-təqdimata sənətsevərlər dəvətlidir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
news365.az

1Mənbələr