AZ

Polşada sərhədçilərə özünümüdafiə üçün silahdan istifadə etməyə icazə verildi

Polşa parlamenti müəyyən şəraitdə sərhədçilərin özünümüdafiə məqsədilə odlu silahdan istifadəsinin cinayət hesab edilməməsi təkliflərini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, qeyri-hökumət təşkilatları qanunvericiliyə edilən dəyişikliklərin insan hüquqları standartlarına zidd olduğunu bildirir.

Ötən ay 21 yaşlı Polşa əsgəri miqrantların qeyri-qanuni yollarla ölkəyə daxil olmasına mane olmaq istəyərkən bıçaqlanaraq həlak olub.

Varşava Belarusu Avropa İttifaqında sabitliyi pozmaq üçün Asiya və Afrika miqrantlarını Polşaya qeyri-qanuni yollarla daxil olmağa təşviq etməkdə ittiham edir.

Polşa daxili işlər nazirinin müavini Maceya Dusçykanın sözlərinə görə, üç il əvvəl böhran başlayandan bəri 13 sərhədçi miqrantların hücumuna məruz qalıb.

M.Dusçyka bildirib ki, zabitlər həmkarlarının həyatını qorumaq üçün birbaşa hücuma cavab olaraq silahlarından istifadə etsələr, cinayət məsuliyyətindən azad olacaqlar.

Bu arada Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flaherti və digər insan haqları təşkilatları Polşa qanunvericilərini təkliflərin insan hüquqları standartlarına zidd olduğunu bildirərək onları rədd etməyə çağırıblar.

Bunun əvəzinə, Polşa ictimaiyyəti Baş nazir Donald Tuskun sərhəd təhlükəsizliyi ilə bağlı sərt mövqeyini dəstəkləyir. Keçən ay keçirilən bir sorğuda bəzi miqrantların hücumlarını dəf etmək üçün əsgərlərin silahdan istifadə etməsinə icazə verən qanunu 86% dəstəkləyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
ikisahil.az

1Mənbələr