AZ

Roman Qriqorçuk tanışını "Neftçi"yə gətirdi - SON DƏQİQƏ

"Neftçi" daha bir transfer əməliyyatını uğurla başa çatdırıb.

"Ağ qaralar" bir müddətdir danışıq apardığı “Çernomorets”in ukraynalı cinah oyunçusu Andrey Ştoqrinlə bütün detallarda razılıq əldə edib.

Roman Qriqarçukun yaxından tanıdığı 25 yaşlı futbolçu artıq Bakıdadır.

Onunla uzunmüddətli müqavilə imzalanacaq.

Hazırkı klubu ilə müqavilə müddəti 2025-ci il yayına qədər legionerə görə təmsilçimiz müəyyən qədər təzminat da ödəməli olub.

"Odessa"nın yetirməsi 2016-cı ildən "Çernomorets"də çıxış edir.

Onun Qriqorçukla tanışlığı da bu kluba təsadüf edir.

2021-2024-cü illər aralığında onun rəhbərliyi altında çıxış edib.

Ştoqrin ötən mövsüm forma geyindiyi 30 matçda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ukraynalı həm sağ, həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində oynamağı bacarır.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
sportinfo.az

5Mənbələr