AZ

Azərbaycan komandası “Paris-2024”ün paradında – VİDEO+FOTOLAR

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi olub.

Sportinfo.az xəbər verir ki, Olimpiya komandamız rəsmi parada 16-cı sırada qatılıb.

Sena çayında baş tutan paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Azərbaycan komandası “Paris-2024”də 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sportinfo.az

1Mənbələr