AZ

Maliyyə Nazirliyi “Fitch Ratings”in Azərbaycanla bağlı qərarını təqdir edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Fitch Ratings”beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-daAzərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pilləartırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsibarədə qərarını təqdir edir.

Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, 8 ildən sonra suverenreytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinqüzrə proqnozun isə “stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki,Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətininhəyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusionalislahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlətborcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digərardıcıl və çoxşaxəli islahatların beynəlxalq miqyasdaqiymətnləndirilməsinin təzahürüdür.

Maliyyə Nazirliyi əvvəlki qiymətləndirmələrdə beynəlxalq reytinqagentliklərini ölkəmizin reytinqləri məsələsində xəsislik nümayişetdirməkdə qınamışdı. Sevindirici haldır ki, artıq “Fitch Ratings”ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanınkredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadəedərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiyasəviyyəsinə yüksəldilməsinə dair qərar qəbul edib.

Ümidvarıq ki, digər beynəlxalq kredit reytinq agentlikləri dəoxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqiniinvestisiya səviyyəsində təsdiq edəcəklər.

“Fitch Ratings” agentliyinin hesabatı ilə linkdə tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
26
az.trend.az

10Mənbələr