AZ

Sel gəldi, Quba-Xudat istiqamətində hərəkət məhdudlaşdı - VİDEO

Güclü sel Qubada bir sıra fəsadlara yol açıb.

Sel nəticəsində Qusarçayın Qubadan keçən hissəsində alternativ yol ötürücüsü dağılıb.

Söhbət Bakı-Quba-Rusiya federasiyası avtomobil yolunun 182-ci kilometrliyindən gedir.

Yeni Güləzi kəndinin yaxınlığında, Qusarçayın üzərindəki alternativ yol güclü selin təsirindən yararsız vəziyyətə düşüb.

Yaranmış çətinliyi aradan qaldırmaq üçün əraziyə baxış keçirilib və hazırda hava şəraiti ilə əlaqədar tikinti işləri dayandırılıb.

Daha ətraflı videomaterialda:

Seçilən
19
5
sportinfo.az

6Mənbələr