AZ

Övladı Maskın ittihamlarına cavab verdi - “Mənimlə qəddar davranırdı”

"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın cinsiyyətini dəyişdirən övladı Vivian Cenna Uilson, bu prosedura icazə verən sənədləri imzalayarkən atasının aldadılması ilə bağlı ittihamlarına cavab verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, o bu barədə cinsiyyətini dəyişdirdikdən sonra ilk dəfə müsahibə verdiyi "NBC News"a danışıb.

"Düşünürəm ki, o, mənim heç nə deməyəcəyimi və mənim onun dediklərinə etiraz etməyəcəyimi güman edirdi. Mənim haqqımda milyonlarla auditoriyaya açıq-aşkar yalan danışmasına icazə verməyəcəyəm", - o deyib.

Uilson Maskın dəstəkləyici bir ata olmadığını söyləyib və onun həyatında nadir hallarda iştirak etdiyini, onu, bacılarını analarının və ya dayələrinin himayəsinə buraxdığını bildirib:

"O, soyuq idi. Çox tez qəzəblənirdi. Üstəlik, laqeyd və narsistdir".

Vivian yeniyetmə vaxtı transgender olduğu üçün atasının ona qarşı qəddar davrandığını söyləyib. O, həmçinin bildirib ki, Mask aldanmayıb və cinsiyyətinin dəyişdirilməsinə razılıq verərkən imzaladığı sənədlərdən xəbəri olub.

Xatırladaq ki, Mask bu yaxınlarda müsahibəsində Uilsonun cinsiyyətini dəyişdirərkən məsələdən xəbərsiz olduğunu, aldadıldığını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
milli.az

10Mənbələr