AZ

Rusiyanın məşhur velosipedçisi yoxa çıxdı

“Tinkoff Credit Systems” və “Katyuşa” komandalarının keçmiş velosipedçisi Nikita Eskov Sankt-Peterburqda yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “ Mash” teleqram kanalı məlumat yayıb.

41 yaşlı idmançının atasının sözlərinə görə, Nikita bir neçə həftə əvvəl evdən çıxıb və uzun müddətdir ki, əlaqə saxlamayıb. Nikolay Eskovun dediyi kimi, oğlu ilə ünsiyyətdə heç bir problemi yox idi, lakin yeganə maneə velosipedçinin pivə sevgisi idi. Əvvəllər idmançı alkoqoldan qurtulmaq üçün reabilitasiyadan keçib. Bu yaxınlarda Nikita atasına mesaj göndərərək onunla hər şeyin qaydasında olduğunu, normal həyat sürmək və evə qayıtmaq istədiyini yazıb.

Ancaq bir müddət sonra naməlum bir kişi telefonuna gələn zənglərə cavab verməyə başlayıb. O, Nikitanın valideynlərindən pul tələb edib. Atası ona 10 min rubl təklif edib, kişi bununla razılaşıb, lakin son anda polisi cəlb etməkdən qorxaraq fikrini dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
publika.az

10Mənbələr