AZ

Hummelsə rəsmi təklif göndərdilər

Dortmund "Borussiya"sından ayrılan Mats Hummels "Bolonya"ya keçə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A seriyası təmsilçisi 35 yaşlı müdafiəçiyə rəsmi təklif göndərib. "Hummelsin qərar verməsini gözləyirik. Ona layihəmizi təqdim etmişik" - deyə klubun baş direktoru Klaudio Fenuççi bildirib.

Qeyd edək ki, almaniyalı futbolçuya Səudiyyə Ərəbistanı klublarından təkliflər olsa da, o, Avropada çıxış etmək istədiyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
milli.az

3Mənbələr