AZ

Nurlana illər sonra yenidən Kreyq Devidlə bir arada - FOTO

Aparıcı Nurlana Cəfərova məşhur ingilis müğənni və bəstəkar Kreyq Devidlə Bakıda bir araya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ifaçı ilə şəkillərini sosial media hesabında paylaşaraq bunları yazıb:

"2001-ci ildə sizi kumirim, musiqi ikonam seçdiyim üçün çox məmnunam. Bu illər ərzində mənim musiqi ilhamım oldunuz. Mehriban ürəyinizə və təmiz ruhunuza görə təşəkkür edirəm. Siz məni heç vaxt musiqidə və həyatda məyus etmədiniz. Nə gözəl insansınız! Bu unudulmaz günlər idi və mən Allaha şükür edirəm ki, mənim şəhərimdə sizinlə yenidən görüşmək fürsəti əldə etdim.

Məndən bu şəkilləri gözləyən neçə nəfər var idi? Arzulamağı unutmayın. Hər xəyalınız mümkündür".

Nurlana Kreyqlə illər əvvəl çəkilən şəklini də yayımlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
23
milli.az

10Mənbələr