AZ

Barak Obama və xanımı Harrisin namizədliyini dəstəklədi

Aş Evin sabiq rəhbəri Barak Obama və xanımı Mişel Obama Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər.

Publika.az xəbər verir ki, bu barədə onlar "X" hesablarından elan ediblər.

"Barakla mən onun pozitivliyi, yumor hissi, ölkə daxilində insanlara işıq və ümid gətirmək bacarığına görə demokrat namizəd kimi dəstəkləməkdən çox həyəcanlıyıq. Kamala sizin arxanızdayıq!" - deyə Mişel Obama paylaşımında qeyd edib.

"Ölkəmiz üçün bu kritik anda onun (Harrisin) noyabrda qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik", - deyə B.Obama öz paylaşımında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
publika.az

8Mənbələr