AZ

RegionRusiyanın Ulyanovsk şəhərində yanğında 3 nəfər ölüb

Rusiyanın Ulyanovsk şəhərində yaşayış binasında baş vermiş yanğında azı 3 nəfər ölüb, daha 3 nəfər yanıq və zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə eyniadlı vilayətin qubernatoru Aleksey Russkix özünün teleqram kanalında məlumat verib.

“Ölənlərin sayı 3-ə yüksəlib, yanıq xəsarətləri almış və yanma məhsullarından zəhərlənmiş 3 nəfər Mərkəzi Şəhər Klinik Xəstəxanasına və İxtisaslaşdırılmış Müalicə Mərkəzinə çatdırılıb”, – qubernator yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
far.az

2Mənbələr