AZ

Hindistanın baş naziri Ukraynaya səfər edəcək

Hindistanın baş naziri Narendra Modi avqustun sonunda Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Wion” telekanalı məlumat yayıb.

Telekanalın məlumatında deyilir: “Modinin Kiyevə səfəri gözlənilir. Onun səfəri hələ də planlaşdırılır. Səfərin avqustun üçüncü həftəsində baş tutacağı gözlənilir. Çox güman ki, avqustun 23-ü. Dehlinin diplomatik dairələrindəki bir neçə mənbə bunu təsdiqləyib”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Modinin Moskvaya səfərini tənqid edərək bunu sülh səylərinə sarsıdıcı zərbə adlandırıb. Ukraynanın bu ölkədəki səfiri Hindistanın Xarici İşlər Nazirliyinə öz narazılığını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
10
apa.az

10Mənbələr