AZ

Güllələndiyi yerdə yenə mitinq keçirəcək

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatında yenidən mitinq keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı güllələnib. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı  Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr