AZ

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

"Komanda uzun yol qət etməsinə baxmayaraq, Azərbaycan qələbə qazanmağı bacardı".

İdman.biz xəbər verir ki, bunu "Fehervar"ın futbolçusu Matias Kovaç deyib.

21 yaşlı yarımmüdafiəçi "Sumqayıt"da yeni klubunda debütünü rəsmiləşdirib. Kovaç buraxılan qoldan sonra komandanın ayıldığını bildirib: "Həqiqətən çətin oyun oldu. İlk dəqiqələrdə biz yaxşı təsir bağışlamırdıq. Sanki qol bizi silkələdi. Rəqib azlıqda qaldıqdan sonra biz oyuna nəzatər etməyə başladıq. 57-ci dəqiqədə meydana daxil olduğum və komandada debüt etdiyim üçün xoşbəxt idim. Əsas odur ki, Azərbaycana səfər qələbə ilə yekunlaşdı".

Qeyd edək ki, "Fehervar" "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı ayın 31-də keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
idman.biz

1Mənbələr