AZ

Ölənlər barədə məlumat yoxdur...

...Çelyabinsk vilayətində bəndin uçması nəticəsində,.. ilkin məlumatlara görə, hələ ki, tələfat olmayıb.

SİA xəbər verir ki, bu barədə cümə günü RİA Novosti regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. ...İlkin olaraq, xəsarət alan yoxdur, lakin həkimlər lazım gələrsə, yardım göstərməyə hazırdırlar.

Məlumatda belə deyilir.

...Kialim su anbarında bəndin uçması iyulun 26-da axşam saatlarında məlum olub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yağan güclü yağış və su axınının artması nəticəsində 100 metr uzunluğunda bəndi sel aparıb.

Su bəndinin dağılmasından sonra bir neçə yaşayış məntəqəsindən 200-ə yaxın insanın su basmış ərazidə olduğu da bildirilib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sia.az

1Mənbələr