AZ

Uşağınız birinci sinfə getmək istəmirsə nə etməli..?

...Bir neçə gün bundan əvvəl “Arqumentı i Faktı” (Arqumentlər və Faktlar) nəşrində gileyli bir gənc atanın yazısını oxudum.

O, sentyabrda qızının birinci sinfə gedəcəyini, amma məktəbə getməyə heç həvəs göstərmədiyini yazmışdı.

Təbii ki, məsələnin maraqlı cəhəti, əksər də olmasa, hər halda bəzi ailələrin elə bir hallaüzləşməsidir.

Əslində bu yaşda olan uşaqların bir çoxu hələ məktəbə getmənin nə üçün lazım olduğunu başa düşmürlər. Çox uşaq bu yaşda oynayıb əylənmək istəyir; daha partada oturub ilk dəfə gördüyü müəllimin dediklərinə qulaq asmağı yox.

... Psixoloq Kirill Lipski tövsiyə edir ki, uşağınızı təhsilin təklif etdiyi “faydalarla” maraqlandırmaq vacibdir.

...Məsələn, qızınızdan və ya oğlunuzdanböyüyəndə nə olmaq istədiyini soruşun və ona məktəb eləcə də akademik fənlərin onun istədiyinə nail olmaqda necə kömək edəcəyini söyləyin. Əgər uşaq tanımadığı bir qrupdan qorxursa, ona izah edin ki, o, orada çoxlu yeni dostlar qazana bilər və s...

...Sentyabrda məktəbə gedəcək övladınıza elə indidən məktəb haqqında gülməli hekayələr oxuyun, cizgi filmlərinə baxdırın, məktəbdə oynayın, məktəb sərgüzəştləriniz haqqında hekayələr danışın.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sia.az

1Mənbələr