AZ

Bentekedən növbəti dubl, "Şamaxı"dan qələbə

"Şamaxı" yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb.və 2:0 hesabı ilə qalib gəlib.

"Şamaxı"nın heyətində yeni transfer Conatan Benteke dubl edib. Məşhur belçikalı futbolçu Kristian Bentekenin qardaşı olan Conatan "Cəbrayıl"la oyunda da (4:0) dubl etmişdi.

Qeyd edək ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a 5:0, "Cəbrayıl"a isə 4:0 hesabı ilə qalib gəlib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
milli.az

10Mənbələr