AZ

Hakan Fidan və Sergey Lavrov iqtisadi əməkdaşlığı müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə ticari və iqtisadi əməkdaşlıq müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrov və Fidanın Laosun paytaxtı Vyanada 57-ci ASEAN Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşdüyü bildirilib.

Görüşdə ikitərəfli əlaqələrə dair cari məsələlərin müzakirə edildiyi vurğulanıb. Türkiyə ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın mərhələli şəkildə genişlənməsini təmin edəcək tədbirlər müzakirə edilib.

Bəyanatda bildirilib ki, Rusiya ilə Türkiyə arasında beynəlxalq arenada, o cümlədən çoxtərəfli platformalarda praktiki qarşılıqlı fəaliyyətin müəyyən aspektləri danışılıb.

Görüşdə həmkarlar Ukraynadakı müharibə, Qəzzadakı hadisələr, Suriyadakı vəziyyət və digər regional məsələləri də müzakirə ediblər.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
turkic.world

1Mənbələr