AZ

Cənub bölgəsinin bəzi hissələrində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək

Cənub

Bakı, 27 iyul, AZƏRTAC

“Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində iməciliklə ilə əlaqədar olaraq iyulun 27-də bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq" ASC-dən AZƏRTAC-a bildirilib ki, saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hissəsi, saat 10:00-dan saat 12:00-dək Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri, saat 10:00-dan saat 13:00-dək Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan saat 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hissəsi və Siyov kəndinin enerji təchizatında fasilələr olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
42
azertag.az

10Mənbələr