AZ

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Macarıstan və Slovakiya birlikdə Avropa Komissiyasından Ukraynanın Rusiya neftinin tranzitini dayandırması ilə bağlı qərarın qəbul edilməsini sürətləndirməyi tələb ediblər. 

Valyuta.az xəbər verir ki, bu barədə Reuters yazır.

Agentliyin məlumatına görə, birgə bəyanatda Budapeşt və Bratislava Rusiyanın “Lukoyl” şirkətinə neft tədarükündə yaranan fasilələrə görə Avropa Komissiyasından Ukrayna ilə məsləhətləşmələrdə vasitəçilik istəyib. Hazırda Avropa Komissiyası vəziyyəti təhlil etmək üçün yalnız əlavə məlumat tələb edib.

Bundan əvvəl Avropa Parlamentinin Slovakiyadan olan üzvü Lubos Blaqa bildirmişdi ki, Ukrayna hakimiyyəti Rusiyanın “Lukoyl” şirkətindən neftin tranzitini dayandırmaqla Slovakiyaya iqtisadi müharibə elan edib.

İyulun 18-də “Drujba” neft kəmərinin Slovakiya hissəsinin operatoru olan “Transpetrol” Slovakiyanın “Lukoyl”dan neft almasını dayandırdığını bildirib. Ukraynanın Rusiya şirkətinə qarşı sanksiyaları səbəbindən tədarük dayandırılıb. Slovakiya baş nazirinin ofisi qeyd edib ki, tətbiq edilən məhdudiyyətlərə görə Slovakiyanın “Slovnaft” neft emalı zavodu emal üçün tələb olunandan 40% az neft alacaq.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
valyuta.az

1Mənbələr