AZ

Ağstafada qəza olub: xəsarət alanlar var

Ağstafada avtomobillər toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un məlumatına görə, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cü il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

---
Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
avtosfer.az

10Mənbələr