AZ

“Bu fəlakətdir” – Putinin sözçüsü

Rusiyada doğum səviyyəsi aşağıdır - 1,4.

Yenisabah.az RBC-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu rəqəm millətin gələcəyi üçün fəlakətlidir:

“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq. Hər il bizdən daha az olur. Bunun öhdəsindən ancaq orta doğum səviyyəsini artırmaqla nail olmaq olar”.

İndi Rusiyada doğum əmsalı 1,4 təşkil edir ki, bu da Avropa ölkələri və Yaponiya ilə müqayisə oluna bilər".

Prezidentin mətbuat katibi çoxuşaqlı anaları qəhrəman adlandırıb.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Rusiya əhalisi 244 min nəfər azalaraq 146,2 milyon nəfər təşkil edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
yenisabah.az

2Mənbələr