AZ

"Şamaxı" serbiyalı müdafiəçi transfer etdi - RƏSMİ

"Şamaxı" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi serbiyalı futbolçu Vasiliye Bakiçi transfer edib. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Vasiliye Bakiç son olaraq ölkəsinin "Radniçki" klubunda çıxış edib.

Seçilən
35
1
sportal.az

2Mənbələr