AZ

Sürət qatarları şəbəkəsinə kütləvi hücum olub

Olimpiya Oyunlarının açılış mərasimindən bir neçə saat əvvəl Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə kütləvi hücum olub.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, SNCF səyahətçilərdən səfərlərini təxirə salmağı və stansiyalara getməməyi xahiş edib. SNCF qeyd edib ki, dünən gecə bir neçə zərərli akta məruz qalıb və qurğulara zərər verilməsi üçün qəsdən yanğınlar törədilib.

Paris polisi qüvvələrini paytaxt dəmir yolu stansiyalarında cəmləyib. “Atlantik, Şimal və Şərq istiqamətlərində sürət qatarlarının hərəkətində fasilələr yaranıb. Müəyyən qatarlar klassik xətt üzrə yönləndirilsə də, çox sayda qatarın vaxtı dəyişdirilib”, - deyə SNCF-in mətbuata açıqlamasında bildirilib. Dəmir yolu şirkəti, Cənub-Şərqi TGV xəttinin işlədiyini qeyd edib.

Bildirilir ki, fasilələrin ən azı həftəsonuna qədər davam edəcəyi gözlənilir. SNCF şəbəkə qrupları diaqnostika aparmaq və təmirə başlamaq üçün artıq işlədiklərini, lakin bu vəziyyətin aradan qaldırılması üçün ən azı bütün həftəsonu təmir işləri aparılmalı olacağını vurğulayıb.

Nəqliyyat naziri vəzifəsini icra edən Patris Verqriet cinayət hərəkətlərini qətiyyətlə pisləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
avtosfer.az

3Mənbələr